IQNA

Tatarıstanda hicablı qadınlar üçün xüsusi fotoqrafiya studiyası istifadəyə verilib

13:51 - August 02, 2011
Xəbər sayı: 2164002
Siyasi və ictimai şöbə: Tatatırstanın Qazan şəhərində hicablı qadınlar üçün xüsusi fotoqrafiya studiyası fəaliyyətə başlayıb.


İQNA Quran agentliyinin “islam.ru” saytına istinadən məlumatına əsasən, İslami fotoqrafiya studiyasının rəhbəri Səidə Şahabova bu haqda bildirib ki, müsəlman qız və xanımların etibarlı bir məkanda fotolarını çəkmək üçün şəraitin yaradılması bu islami studiyonun istifadəyə verilməsinin əsas məqsədlərindəndir.
O əlavə edib ki, bundan öncə fotoqrafiya studiyalarında kişilər və naməhrəm şəxslər olurdu və bu hicablı qadınların foto çəkdirməsinə maneələr yaradırdı. Bu məsələni nəzərə alaraq biz İslami fotoqrafiya studiyosunun istifadəyə verilməsinə qərar verdik.
Hazırda bu məkanda 5 nəfər fotoqraf məşğuldur. 834546
captcha