IQNA

Özbəkistandan zəvvarlar Məkkəyə Ümrə ziyarətinə gediblər

12:00 - August 04, 2011
Xəbər sayı: 2165057
Ictimai və siyasi şöbə: Özbəkistan müsəlmanları Ramazan ayının əvvəlində Məkkəyə Ümrə ziyarətinə gediblər. Zəvvarlar Taşkənd hava limanından Məkkəyə yola düşüblər.
İran Quran Xəbər agentliyinin (İQNA) məlumatına görə, artıq ikinci qurup zəvvarlar Ümrə ziyarətinə gedirlər. Səudiyyə Ərəbistanın “Əl-Hidayət” şirkəti və Özbəkistanın Dini İşlər üzrə Komitəsi arasında əldə olumuş razılaşmaya əsasən, Ümrə ziyarətinə avqustun 30-da 174 nəfər yola düşüb. Özbəkistandan 2486 zəvvarın Məkkəyə Ümrə ziyarətinə aparılması avqustun 27-nə kimi davam edəcək.
Qeyd edək ki, zəvvarları 12 nəfərlik həkim briqadası və iki nəfər aşpaz müşaiyət edir. 836161

captcha