İranq Quran Xəbər agentliyi (İQNA)-nin məlumatına əsasən, bu balıqlar “Miras” adlı mədəni və incəsənət işləri ilə məşğul olan müəssisəsinin stendində sərgilənir. Stendin rəhbəri bildirib ki, Quran mədəniyyətinin yayılması və Allah-Taalanın mübarək adları ilə tanış olmaq məqsədi ilə belə bir addım atılıb.
O əlavə edib ki, rəng və istifadə olunmuş yeni texnologiya papuqay balıqlarına heç bir ziyan və zərər yetirmir. Mütəxəssislər balıqları yarı bihuş edərək dizinfeksiya olunmuş bir üslubla Allah adlarını onların üzərinə yazıblar. Bu qayda ilə 110 ədəd balığın üzərinə adlar yazıla bilib.
O əlavə edib ki, balıqların üzərində istifadə olunmuş rəng ilk dəfə olaraq İranda istehsal olunub və ziyanlı deyil. “Papuqay balıqları enli balıq olduqları üçün onların üzərində yazılan adlar rahatlıqla görsənir və sərgiyə baxış keçirənlərin marağına səbəb olub”, -deyə stendin rəhbəri deyib.
XIX Beynəlxalq Quran sərgisi avqustun 27-dək Tehranda davam edəcək. Sərgi hər gün yerli vaxtla 17:00-dan 24:00-dək əhalinin üzünə açıqdır. 836614