İqna Quran Xəbər Agentliyi (İQNA): Abidjan.net xəbər agentliyinin verdiyi məlumata görə, Qurani-Kərimin qiraəti üzrə 9-cu milli müsabiqə əyalət müsabiqələrində qalib gəlmiş qarilərin iştirakı ilə Əbicanın Nur məscidində təşkil olunmuşdur. Fil Dişi Sahilinin xətiblər ittihadının rəhbəri Vassiriki Cisse müsabiqələrin açılış mərasimində çıxış edərkən deyib: “Bu müsabiqələri təşkil etməkdə məqsəd cavan və yeniyetmələri Quran qiraətinə təşviq etmək, həmçinin ölkədə Quran və din mədəniyyətinin səviyyəsini yüksəltməkdir.”
Mərasimdə Fil Dişi Sahili müsəlman alimlər şurasının nümayəndəsi valideynlərdən övladlarını doğru tərbiyələndirmək və mənəvi ruhiyyələrini gücləndirmək üçün Quranın hifzi məsələlərinə daha çox diqqət ayırmalarını istədi.
9-cu Quran müsabiqəsində ölkənin Quran mədrəsələrindən müsabiqədə iştirak etmək üçün gəlmiş uşaqların və yeniyetmələrin adları qeydiyyata alındı. Mesabiqənin bu mərhələsində iştirak edənlər arasından əyalət müsabiqələrində 1-4-cü yerləri tutan hafizlər yer alırlar. 842031