Mədəniyyət və incəsənət şöbəsi: Ramazan ayının sonu yaxınlaşmaqda ikən Qazaxıstanın Almatı şəhərindəki Qazaxıstan Dövlət Muzeyində İran rəssamlarının əsərləri, eləcə də İranlı sənətkarların digər sənət nümunələri sərgilənir.
İqna Quran Xəbər Agentliyi (İQNA): Avqustun 25-dən sentyabrın 5-ə kimi davam edəcək “İran sənətkarlarının əsərlərində İslami mədəniyyət və sənət” adlı sərgidə Pərviz Nəzəri və Əhməd Muhəmmədpurun kufi, nəstəliq xətlərində yazılmış Qurani-Kərim ayələrinin 60-dan çox nümunəsi sərgilənəncək.
Qazaxıstan Dövlət Muzeyinin müdiri Anna Kuşenkonun dediyinə görə, bu sənətkarların əsərləri Qazaxıstanda ilk dəfə nümayiş olunacaq. O, qeyd etmişdir ki, sərgi ərəfəsində bu iki sənətkarın xəttatlıq dərsləri də təşkil olunacaq.
Sərgidə Müqəddəs Rəzəvi Məscidinin kitabxanasından gətirilmiş Qurani-Kərimin bir neçə əlyazma nüsxəsi, həmçinin Qurani-Kərimin ingilis, fransız və alman dillərinə tərcümələri, İran istehsalı olan “Danışan Quran” sərgiyə gələnlərə təqdim olunacaq. 842195