İqna Quran Xəbər Agentliyi (İQNA): İmam Xomeyni (r h) müsəllasında keçirilən 19-cu Beynəlxalq Quran sərgisindən verilən məlumata görə, sərgidə bir çox proqramlar həyata keçirilir ki, bunlardan “məktəblilər üçün Quran bilikləri üzrə şifahi müsabiqə”, “Quran qissələri”, “əyani Quran təlimləri” və s. qeyd etmək olar.
Həmçinin, təlim guşəsində “otuz nurani gecə, otuz sual və Ənfal surəsi barədə müsabiqə”, “Pana tələbə xəbər agentliyinin 5 nəfərə qızıl sikkələr hədiyyə verməklə Quran müsabiqəsi” və başqa tədbirlər keçirilir. 845626