İqna Quran Xəbər Agentliyi (İQNA): CPI xəbər agentliyinin verdiyi məlumata görə, Əhməd Teyyib bəyanatda siyonist hərbi qüvvələrinin Qəzzaya hücumunu və Misirin sərhədlərini keçməsini pisləməklə təhlükəsizlik qüvvələrinin ölkəni və regionu qorumaq səylərini təqdir etmişdir.
O, həmçinin Misir və Fələstin şəhidlərinin ailələrinə başsağlığı verməklə Misirin bütün siyasi qüvvələrindən aralarındakı ixtilafları bir kənara qoyub vahid cəbhə təşkil etməklə düşmənə qarşı mübarizə aparmağa çağırıb.
İsrail rejimi həftənin cümə axşamından cümə günü sübhə kimi 7 dəfə Qəzzanın Həmasa aid yaşayış məskənlərini hücuma məruz qoymuş, nəticədə 7 nəfər şəhid olmuş, 17 nəfər yaralanmışdır. Siyonist rejimi həmçinin Misir sərhədlərinə təcavüz etməklə bir misirli əsgəri və iki polis əməkdaşını şəhid etmişdir. 846703