IQNA

Əl-Əzhərin şeyxi: Şiə və sünni Quranları arasında fərqin olması yalan iddiadır

11:10 - August 22, 2011
Xəbər sayı: 2174922
Beynəlxalq şöbə: Əl-Əzhərin şeyxi Misirdə keçirilən 19-cu beynəlxalq Quran müsabiqəsinin açılışında deyib: “Bəzi peyk yayımı olan kanallar Şiə və sünni Quranları arasında fərqin olmasını göstərməyə çalışırlar. Halbuki bu iddia kökündən yalandır və araya fitnə salmaq məqsədi daşıyır.
İqna Quran Xəbər Agentliyi (İQNA): Nəsic xəbər agentliyinin verdiyi məlumata görə, Əhməd Teyyib bu barədə belə deyib: “Quran birdir, şiə də, sünni də bu vahid kitabı qəbul edirlər. Onların arasında heç bir ixtilaf yoxdur. Bəzi peyk yayımı olan kanallar Şiə və sünni Quranları arasında fərqin olmasını göstərməyə çalışırlar. Halbuki bu iddia kökündən yalandır və araya fitnə salmaq məqsədi daşıyır.”
O, sözünün sonunda hamıdan Quranı təkcə təcvid və hifzinə diqqət etməyə deyil, həm də bu müqəddəs kitabda olan dərin mənaları üzə çıxarmaq yolunda səy etməyə çağırıb. 846673
captcha