IQNA

Qəzzafi hökumətinin süqutundan sonra Hizbullah hərəkatı İmam Musa Sədrin yerinin bilinməsini istədi

17:23 - August 24, 2011
Xəbər sayı: 2176385
Beynəlxalq şöbə: Livan Hizbullah hərəkatı bəyanat yayaraq Liviyada inqilabçıların qələbə çalması ilə Liviya xalqını təbrik etdi və İmam Musa Sədrvə onunla birlikdə olanları yerinin bilinməsini istədi.
İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Mənar xəbər agentliyinin verdiyi məlumata görə, Livan Hizbullah hərəkatı Seyyid Həsən Nəsrullahın rəhbərliyi ilə avqustun 22-də Liviya inqilabçılarına xitabən bəyanat yaydı. Bəyanatda deyilir: “Livan xalqı və bütün siyasi partiyalar sizin səylərinizin bəhrə verəcəyini və Liviya diktatoru Qəzzafi tərəfindən oğurlanmış Livan müqavimət hərəkatının keçmiş rəhbəri İmam Musa Sədrin, onun köməkçiləri Şeyx Yəqub və Bədrəddinin yerlərinin bilinməsini gözləyirlər.”
Həmçinin Livan Nümayəndələr Palatasının sədri Liviyanın Milli Keçid Şurasının sədri Musatafa Əbdülcəlilə məktub göndərərək Liviya xalqının diktatora qalib gəlməsi münasibətilə təbrik edib. O, həmçinin deyib: “İndi 1978-ci ildən bu yana itkin düşmüş İmam Musa Sədrin azadlığının açarı siz Liviya inqilabçılarının əlindədir.”
Livanın sabiq naziri İbrahim Şəmsuddin də diktator Qəzzafiyə qalib gəldiklərinə görə Liviya xalqını təbrik edib və İmam Musa Sədrin azad olunmasını istəyib. 848149
captcha