IQNA

Seyyid Muhəmmədrza Səfəvi: Quranın məqbul tərcüməsi onun məna baxımından geniş əhatəli tərcümə formasıdır

17:28 - August 24, 2011
Xəbər sayı: 2176388
Beynəlxalq şöbə: Quranın məqbul tərcüməsi onun geniş əhatəli və mümkün qədər Quran ayələrinin ehtiva etdiyi mənaları tamamlamaq iqtidarında olmasıdır.
İqna Quran Xəbər Agentliyi (İQNA): Tehranın İmam Xomeyni (r h) müsəllasında keçirilən 19-cu Beynəlxalq Quran Sərgisindən verilən məlumata görə, avqustun 22-də “Əl-Mizan təfsiri əsasında Quranın tərcüməsi” adlı görüşdə Quran araşdırmaçısı və mütərcimi Huccətul-İslam Seyyid Muhəmmədrza Səfəvi Mizan təfsiri əsasında öz Quran tərcüməsindən söhbət açıb.
O, deyib: “Müsəlmanlar etiqad bağladırqları kitabı anlamaq istəyirlər. buna görə də Quranın başqa dillərə tərcümə olunması zərurəti inkarolunmazdır. Tarix boyu Quranın fars dilinə çoxlu tərcümələri olub. Bu gün də yeni tərcümələrə ehtiyac vardır. İndiyə qədər gördüyümüz tərcümələr dəqiq və zərif olsalar da ümumi kütlə üçün qaneedici olmayıb. Çünki bir ayənin məfhumları və cümlələri arasında, eləcə də ayələr arasında bağlılıqlar dəqiq müəyyənləşməyib. Əlbəttə bu, tərcüməçilərin qüsuru deyil. Mənim əsas məqsədim bu idi ki, bu çatışmamazlıqları mümkün qədər aradan aparım.”
Seyyid Səfəvi sözlərinə bunları da əlavə edib: “Fikrimcə tərcümə mümkün qədər orijinala bərabər olmalıdır. Əgər Quranın əslindən bir ayəni bir araşdırmaçıya verib həmin ayədən elmi nöqtələr çıxarmasını istəsək, məsələn 10 nöqtə çıxara biləcək. Amma Quranın tərcüməsindən olan bir ayəni oan təqdim etsək, həmin çıxarışların sayı kifyət qədər az olacaq. Bu da tərcümələrin çatışmamazlığıdır. Tərcümədə mətnin xüsusiyyətləri qorunmalıdır. Məsələn, xüsusiyyətlərdən biri mətnin aydın və sadə olmasıdır. Tərcümə də belə olmalıdır. Dəqiq tərcümə təfsirsiz mümkün deyil. Tərcüməçi təfsiri də bilməlidir.”
Xatırladaq ki, Quran araşdırmaçısı və mütərcimi Huccətul-İslam Seyyid Muhəmmədrza Səfəvi öz Quran tərcüməsini Mizan təfsiri əsasında 1997-ci ildə 6 il müddətində tamamlamış və 2006-cı ildə bu tərcümə nəşr olunmuşdur. 847991
captcha