Siyasi və ictimai şöbə: “Günün elmi mütaliələrini islamiləşdirmək və İslami mütaliələrin elmiləşdirilməsi: nəzərlər və strategiyalar (ICIMSIS)” mövzusunda dekabrın 7-i və 8-də Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilməsi planlaşdırılan beynəlxalq konfransa məqalə göndərmək üçün təyin olunan müddət uzadıldı.
İqna Quran Xəbər Agentliyi (İQNA): Məqalələrin xülasəsinin göndərilməsi bir ay meddətində uzadılıb. Arzu edənlər xülasəni avqustun 31-ə kimi bu email adreslərinə göndərə bilərlər: icimsis@iium.edu.my, shogar2000@yahoo.com, hashi@iium.edu.my, jesni@iium.edu.my.
Araşdırmaçılar “Elmlərin tərkibi və İslami mütaliələr”, “İslam tarixi və elm fəlsəfəsi”, “İslami ilahiyyat və elm”, “Böyük islam alim və mütəfəkkirlərinin ortaq fikri” və “İslami mütaliələrin metodologiyası” mövzusunda araşdırma aparıb məqalələr yaza bilərlər. 846765