İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Aləm xəbər agentliyinin verdiyi məlumata görə, Qüds məscidinin imamı Şeyx Mahir Həmud Livanda verdiyi açıqlamasında bunları deyib: “Beynəlxalq Qüds günü zalımlar qarşısında məzlumların himayə olunması yolunda İlahi vədin reallaşacağına tam qəlblə inanan insanların addığı addımdır.”
Livan Müsəlmanları Alimlər Birliyinin İdarə Heyətinin rəhbəri Əhməd Əz-Zeyn də təkidlə vurğulamışdır ki, bütün zalım qüdrətlərin İsraili himayə etdiyi bir dövrdə fələstinliləri himayəsiz qoymaq olmaz.
Qüds İslam Ali Şurasının rəhbəri Şeyx Əkrəmə Səbri bu mövzuda demişdir: “Beynəlxalq Qüds günü Fələstin məsələsini sonrakı nəsillərin ürəklərində, düşüncələrində diri tutacaq. Buna görə də Beytul-müqəddəsin azadlığı əldə olunana kimi bu məsələni əhəmiyyətli hesab etmək lazımdır. 849034