İqna Quran Xəbər Agentliyi (İQNA): Sindhstudy xəbər agentliyinin verdiyi məlumata görə, cümə günü Pakistanın İmamiyyə Tələbələr Təşkilatı ölkənin hər yerində işğalçı İsrail rejiminin cinayətlərinə etiraz olaraq Fələstinə həmrəylik nümayiş etdirəcəklər.
Avqustun 26-da keçiriləcək mitinqdə Pakistan İmamiyyə Tələbələr Təşkilatı, həmçinin Şiə Alimlər Şurası, Cəfəriyyə tələbələri, Pakistan Müsəlmaları Vəhdət Məclisi iştirak edəcəklər.
Tədbirlər Pakistanın bir çox şəhərlərində, o cümlədən Lahur, Kəraçi, Pişavər, Kuveytə, Mirpur, Feysəlabad və Heydərabadda təşkil olunacaq.848949