IQNA

Müəmmər Qəzzafinin iqamətgahı “iqamət evi” adlandırıldı

19:04 - August 25, 2011
Xəbər sayı: 2176728
Beynəlxalq şöbə: Liviya inqilabçıları Qəzzafinin Babil-Əziziyyədəki son iqamətgahlarını da ələ keçirərək öz bayraqlarını ucaltdılar.
İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Cəzirə xəbər agentliyinin verdiyi məlumata görə, Liviya inqilabçıları Qəzzafinin Tripolinin 30 km cənubunda yerləşən Babil-Əziziyyədəki son iqamətgahlarını da ələ keçirərək 40 illik diktatorluğu məhv etməklə bu iqamətgahın üstündə, Qəzzafinin nitq söylədiyi yerdə öz bayraqlarını ucaltdılar.
Liviya inqilabçılarının hərbi şurasının rəhbəri Əbdülhəkim Bəlcac hadisələrin mərkəzindən ƏL-Cəzirə müxbirinə deyib: “İnqilabçılar bu iqamətgahın təxminən 90%-ini ələ keçiriblər, lakin Qəzzafini tapmayıblar. Onun taleyi hələ müəmmalıdır.”849015
captcha