Beynəlxalq şöbə: Nəcəfin imam-cüməsi Hüccətul-islam Seyyid Sədrəddin Qubançi milli iradəni, İslami özünüdərkə qayıtmaq istəyini Liviyadakı xalq inqilabının qələbəsi üçün əsas amil olduğunu qeyd edərək deyib: Millətlər bu gün sosializm adıyla deyil, İslam adıyla qiyam edirlər.
İqna Quran Xəbər Agentliyi (İQNA): Alqubanchi xəbər agentliyinin verdiyi məlumata görə, Hüccətul-islam Seyyid Sədrəddin Qubançi ötən cümə namazının xütbəsində deyib: “Liviya diktatoru Muəmmər Qəzzafinin süqutunun bir çox amilləri vardır. Lakin ən əsas amil Liviya millətinin İslami özünüdərkə qayıtmaq istəyidir. Millətlər bu gün sosializm adıyla deyil, İslam adıyla qiyam edirlər. Seyyid Muhəmmədbaqir Sədrin dediyi kimi, millətlər səbr edərlər, lakin təslim olmazlar. İmam Xomeyni (r h) deyirdi ki, zaman millətlərin oyanış zamanıdır.”
Hüccətul-islam Seyyid Sədrəddin Qubançi İsrailin işğal etdiyi ərazilərdə yaşayış məntəqələri tikməsinə münasibət bildirərək deyib: “İsrail regiona hakim olmaq niyyətindədir. Lakin Beynəlxalq Qüds Günü Fələstinin və regionun azadlığını bütün dünyaya çatdıran ümumbəşəri bir aksiyadır.” 850444