IQNA

Lion məscidi fransalı həcc zəvvarlarına xidmət göstərməyə hazırdır

16:17 - August 29, 2011
Xəbər sayı: 2178870
Beynəlxalq şöbə: Lionun baş məscidi bu ibadət ocağının məsullarından könüllülərin həccdə zəvvarlara xidmət etmək üçün təklif edilməsi xəbərini verdi.
İqna Quran Xəbər Agentliyi (İQNA): Mosquee-lyon xəbər agentliyinin verdiyi məlumata görə, məscid bəyanat yayaraq bildirib ki, hər il olduğu kimi bu il də məscidin imamları Allah evinin ziyarətinə gedənlərlə birlikdə həcc səfərinə çıxacaqlar.
Bəyanatda həmçinin deyilir: “Lion məscidi ilə nəqliyyat şirkətləri, Məkkə və Mədinə otelləri arasında imzalanan sazişə əsasən, məscidin məsulları bu il həcc səfərinin təşkilatçılığını öz öhdələrinə götürülüblər.”
Lion və Fransanın digər şəhərlərinin sakinləri Lion məscidinin internet saytına daxil olmaqla həcc səfərinin şərtləri barədə məlumat əldə edə bilərlər. 851084
captcha