Beynəlxalq şöbə: Ərəbistan əhalisi, xüsusilə gənclər bu günlərdə ictimai və iqtisadi sabitliyinin pozulması hallarının artdığını qeyd edirlər ki, bu da ölkədə inqilabın şölələnməsindən xəbər verir.
İqna Quran Xəbər Agentliyi (İQNA): Suriyada nəşr olunan “Vətən” qəzetinin yazdığına görə, Ərəbistan gənclərindən bir qrupu sosial şəbəkələrdən birində “Sağ qal” adı altında blok açmışlar ki, burada onlar şəxsi problemlərini açıqlayır və xalqı istismar etdiyinə görə varislik səltənətinin millətə qarşı etinasızlığını və hüquqlarını pozduğunu kəskin tənqid edirlər. Onlar həmçinin, Ərəbistanda yaşayış, təlim-tərbiyə, sağlamlıq, işsizlik, azadlığını boğulması mövzularına da toxunurlar.
Ərəbistan cəmiyyətinin müxtəlif təbəqələrindən olan insanlar ölkə problemlərindən, məhbusların durumundan, varislik səltənətinin etdiyi zülmlərdən danışırlar ki, bu da ölkədə inqilabın baş verəcəyinə zəmin yaradır. 851934