İqna Quran Xəbər Agentliyi (İQNA): Pana xəbər agentliyinin verdiyi məlumata görə, cümə günü Zimbabve hökümətinin Liviya inqilabçılarının tərəfdarı olan səfirin təhdid edilib ölkədən çıxarılmasına münasibət bildirən Afrika mətbuatı yazır ki, səfirin bu həftənin sonuna qədər ölkədən çıxmaq imkanı vardır.
Zimbabve rəsmiləri Liviyanın ölkədəki səfirinin Qəzzafi müxaliflərinin tərəfindı olduğuna, həmçinin Liviya Milli Keçid Şurasını rəsmən tanıdığına görə çox narahatdırlar. Onlar belə güman edirlər ki, səfir Tahir Məqrəhinin Zimbabvedə qalması qeyri qanunidir.
Xatırladaq ki, Zimbabve prezidenti Robert Moqabenin Qəzzafi ilə yaxın münasibətləri olub. Bundan əvvəl də NATO-nun Liviyaya müdaxiləsini, həmçinin müxaliflərin Qəzzafi əleyhinə mübarizə aparmalarını tənqid etmişdi. 851933