İqna Quran Xəbər Agentliyi (İQNA): Ərəbistanda nəşr olunan “Vətən” qəzetinin yazdığına görə, aralarında elmi və dini birliklərin rəhbərlərinin də olduğu bir qrup alim və müftilər öz adlarının “Həsən və Hüseyn” serialının titrlərində serialı təsdiq edən kimi təqdim olunmasına təəccüb etmişlər.
Həmçinin bəzi əhli sünnə alimləri də adlarının titrlərdə olmasına razılıq verməyərək bu seriali təsdiq etmədiklərini bəyan etmişlər.
İordaniyanın baş müftisi Əbdülkərim Xəsavənə bu barədə demişdir: “Peyğəmbər (s), pak imamlar (ə) və xəlifələrin obrazlarını yaratmaq, görüntü baxımından ixtilafa və yanlışlığa səbəb olacağına görə haramdır.”
Ərəbistan Məşvərət Şurasının üzvü, Məkkədəki “Ummul-qura” universitetinin hədis elmləri ustadı Hatəm Ovni də bu serialı alçaldıcı hesab etmiş və demişdir: “Bu serialda tarixi həqiqətlər doğru göstərilməmişdir.”
Ərəbistan Alimlər Şurasının üzvü Qeys ibn Muhəmməd açıqlamasında deyib: “Mən heç vaxt bu serialın və bu kimi filmlərin yayımlanmasına fətva verməmişəm.” 851764