İqna Quran Xəbər Agentliyi (İQNA): Livanda çap olunan “Əxbar” qəzetinin yazdığına görə Ərəb Ölkələri Liqasının Xarici İşlər nazirləri səviyyəsində olan görüşdə iştirak edənlər Qəzzafi rejiminin bayrağını endirərək Liviya inqilabçılarının bayrağını onun yerinə taxmışlar.
Xatırladaq ki, görüşdə Liviyanın hazırki durumu prioritet mövzu olmuşdur.
Görüşdə iştirak edən Liviya Milli Keçid Şurasının İcraiyyə Komitəsinin rəhbəri Mahmud Cəbrail Şuraya maliyyə yardımının edilməsini istədi.
Qeyd edək ki, bu ilin 22 fevralında Liviyada baş verən daxili böhranlara görə ərəb Liqası bu ölkənin Liqadakı iştirakını sual altında qoymuşdu. Lakin ötən cümə axşamı Liqanın baş katibi Liviya Milli Keçid Şurasını təmsil edəcək nümayəndələrin bundan sonra Liqada iştirakını elan etmişdir. 851598