IQNA

Tunisli xəttat: İslam incəsənəti vəhy ayələrinin həqiqətlərini təsvir edirlər

19:24 - August 30, 2011
Xəbər sayı: 2179612
Beynəlxalq şöbə: İslam incəsənətinin müxtəlif sahələri vəhy ayələrinin həqiqətlərini təsvir edirlər. İncəsənətdən istifadə etməklə Quran və din çağırışlarını insanlara çatdırmaq mümkündür.
İqna Quran Xəbər Agentliyi (İqna): Tunisli yazar, xəttat, araşdırmaçı, Quran hifzi birliyinin üzvü Muhəmmədsadiq Əbdullətif “müsəlman incəsənət ustası hansı yollarla öz sənət əsərinin vasitəsilə Quran və din həqiqətlərini çatdıra bilər?” sualının cavabında İqnanın müxbiri ilə danışarkən deyib: “İslam incəsənətinin müxtəlif sahələri vəhy ayələrinin həqiqətlərini təsvir edirlər. İncəsənətdən istifadə etməklə Quran və din çağırışlarını insanlara çatdırmaq mümkündür.”
Əbdullətif əlavə edib: “Quran İslam ümmətini ilahi vəhyi bəyan etməyə təşviq edir ki, nəticədə müsəlmanlardan əlavə qeyri-müsəlmanlar da bu illahi kəlamın gözəlliklərini görsünlər.”
O, sözünün sonunda deyib ki, Tunis Mədəniyyət Nazirliyi, ölkənin mədəni qurumları, incəsənət fəalları həmişə Tunisin İslam incəsənətini yaşatmağa səy göstərirlər. 850776
captcha