IQNA

Bosniyalı incəsənət ustası: Qərb islamofobiyası ilə mübarizənin ən yaxşı üsulu incəsənətdir

19:27 - August 30, 2011
Xəbər sayı: 2179613
Beynəlxalq şöbə: Qərb islamofobiyası ilə mübarizənin ən yaxşı üsulu incəsənətdir. Bununla da qərb insanının zehnini islamla müsəlmanlara qarşı pis düşüncələrdən təmizləmək olar.
İqna Quran Xəbər Agentliyi (İQNA): Tehranda keçirilən 19-cu Beynəlxalq Quran sərgisində iştirak edən bosniyalı sənət ustası Munib Rağib İbrahim İQNA-nın müxbiri ilə söhbətində deyib: “İslam mədəniyyəti və incəsənətinə rəğbət bəsləyən və islam incəsənət əsərlərindən təsirlənən qərb ictimaiyyətinə incəsənət yolu ilə islam barədə düzgün düşüncələri göstərmək mümkündür.”
O əlavə edib ki, Qərbdə hətta Qərb hökumətlərinin fikir və düşüncələri təsiri altına düşən insanlar da islam incəsənətini əks etdirən tabloları gördükdə heyrətə gəlir və yenidən onları görmək üçün həvəslənirlər.
Bosniya və Hersoqovina Avropanın mərkəzində qərar tutmaqla qərb mədəniyyətinin təsirinə düşsə də, bu ölkədə islam incəsənətinə çox böyük diqqər vardır. 851248
captcha