İqna Quran Xəbər Agentliyi (İQNA): Tehranda keçirilən 19-cu Beynəlxalq Quran sərgisində iştirak edən bosniyalı sənət ustası Munib Rağib İbrahim İQNA-nın müxbiri ilə söhbətində deyib: “İslam mədəniyyəti və incəsənətinə rəğbət bəsləyən və islam incəsənət əsərlərindən təsirlənən qərb ictimaiyyətinə incəsənət yolu ilə islam barədə düzgün düşüncələri göstərmək mümkündür.”
O əlavə edib ki, Qərbdə hətta Qərb hökumətlərinin fikir və düşüncələri təsiri altına düşən insanlar da islam incəsənətini əks etdirən tabloları gördükdə heyrətə gəlir və yenidən onları görmək üçün həvəslənirlər.
Bosniya və Hersoqovina Avropanın mərkəzində qərar tutmaqla qərb mədəniyyətinin təsirinə düşsə də, bu ölkədə islam incəsənətinə çox böyük diqqər vardır. 851248