IQNA

İordaniya Mьsəlman Qardaşlar təşkilatı цlkə rəhbərinin səlahiyyətlərinin əlindən alınmasını tələb edib

20:02 - August 31, 2011
Xəbər sayı: 2179787
Beynəlxalq şobə: İordaniya Müsəlman Qardaşlar təşkilatı ölkə rəhbərinin səlahiyyətlərinin əlindən alınmasını tələb edərək deyib: Əgər tələbə əməl olunmasa, təşkilat növbəti seçkilərdə iştirak etməyəcək.
İqna Quran Xəbər Agentliyi (İQNA): Əlcəzirə xəbər agentliyinin verdiyi məlumata görə, İordaniya Müsəlman Qardaşlar təşkilatının siyasi şöbəsinin məsulu Həmzə Mənsur deyib: İordaniya kralının səlahiyyətlərinə xitam verilməlidir.
O, bildirib ki, musəlman qardaşlarının siyasi arenada olması onların istəklərinin əməl olunması ilə ölçülür. Onların ən əsas tələbləri İordaniya Konstitusiyasına dəyişikliklər edilməsi, baş nazir vəzifəsinin təyin olunmasının partiyalara, yaxud parlament koalisiyasına həvalə olunmasıdır.851970
captcha