IQNA

Ramazan ayının son günlərində Ərəbistanda gənclərin gizli hərəkatı başlayıb

20:03 - August 31, 2011
Xəbər sayı: 2179788
Beynəlxalq şobə: Bir Ərəbistan yazarı ərərb inqilablarına və Liviyadakı inqilabın qələbəsinə işarə edərək deyib: “Ərəbistanın ab-havası indi tufandan qabaqkı sakitliyə bənzəyir. Belə ki, Ramazan ayının son günlərində Ərəbistanda gənclərin gizli hərəkatı başlayıb.”
İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Aləm xəbər agentliyinin verdiyi məlumata gorə, Muzavi Rəşid avqustun 29-da “Əl-qudsul-ərəbi” qəzetində Ramazan ayının son günlərində Ərəbistanda tufandan qabaqkı sakitliyin hökm sürdüyünü yazmışdır.
O, əlavə etmişdir ki, hal-hazırda gənclərin fəaliyyəti gizli surətdə davam edir. Gənclər çox güman ki, fərqli şəkildə inqilaba hazırlaşırlar. Əgər onlar açıq surətdə küçələrə axışaraq öz hüquqlarını tələb etmirlərsə, bu, onların rejimlə razılaşdıqlarına dəlalət etməz. 852274
captcha