IQNA

İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsi növbəti yığıncağını keçirir

13:08 - September 05, 2011
Xəbər sayı: 2181694
Beynəlxalq şöbə: İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin 27-ci yığıncağı 17-20 oktyabr tarixləri arasında İstanbulda təşkil ediləcək.
İqna Quran Xəbər Agentliyi (İQNA): Sesric xəbər agentliyinin verdiyi məlumata görə, İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinə üzv ölkələrin bu yığıncağı Türkiyə prezidenti Abdullah Gülün başçılığı ilə keçiriləcək.
Bu tədbir İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında ticari və iqtisadi əməkdaşlığın artırılmasının zəruriliyi, müsəlman ölkələrindəki yoxsulluqla mübarizə, bu ölkələr arasında ticarətin inkişaf etdirilməsi və asanlaşdırılması üçün nəqliyyat yönlü fəaliyyətlərin operativliyi məqsədilə müsəlman ölkələrin Ticarət Nazirlərinin yığıncağı kimi xarakterizə edilir.
Qeyd edək ki, bu yığıncağa müsəlman ölkələrinin Ticarət Nazirləri ilə yanaşı ticari fəaliyyət göstərən təşkilat və qurum nümayəndələri də qatılacaq. 853574
captcha