İqna Quran Xəbər Agentliyi (İQNA): French.cri xəbər agentliyinin verdiyi məlumata görə, Ərəb Birliyinin baş katibi Nəbil Ərəbi, Misir Xarici İşlər Naziri və Afrika Birliyi Komissiyasının başçısının da iştirak etdiyi sentyabrın 3-də Misirin paytaxtı Qahirədə təşkil edilən yığıncaqda Fələstinin Birləşmiş Millətlərə rəsmi olaraq üzv olmasına yenidən dəstək verdiyi açıqlayıb.
Nəbil Ərəbi mövzuyla bağlı mətbuata verdiyi açıqlamasında bildirib ki, yığıncaq Fələstin haqqındakı mövzuların daha yaxşı araşdırılması və fələstinli dövlət səlahiyyətlilərinin Birləşmiş Millətlərdən üzvlük tələbi reallaşmadan əvvəl fikir birliyi məqsədiylə təşkil edilib.
Ərəbi son zamanlarda Avropada bir çox dövlət adamıyla görüşdüyünü və bu dövlət adamlarının Fələstinin Birləşmiş Millətlərə üzv olması mövzusunda müsbət düşüncəyə sahib olduqlarını da dilə gətirib. 854155