IQNA

Regiondakı hərəkət və oyanış Rəhbərin oyanış barədə verdiyi hikmətli bəyanatın təzahürüdür

18:27 - September 08, 2011
Xəbər sayı: 2183651
Beynəlxalq şöbə: İ.İ.R-nın Filippindəki Mədəniyyət Mərkəzinin rəhbəri deyib: Regiondakı hərəkət və oyanış, həmçinin zalım hakimlərin məğlubiyyəti Rəhbərin oyanış barədə verdiyi hikmətli bəyanatın təzahürüdür.
İqna Quran Xəbər Agentliyi (İQNA): İ.İ.R-nın Filippindəki Mədəniyyət Mərkəzinin rəhbəri Hüseyn Divsalar regionda İslami oyanışın amilləri mövzusunda İQNA-nın müxbiri ilə söhbətində bildirib ki, məsələyə müxtəlif aspektlərdən yanaşmaq olar, lakin Rəhbərin bu barədə verdiyi bəyanatları nəzərə almaqla ümumi şəkildə baxsaq, insanların hər növ diktatorluğu rədd edən İslami köklərə və əsaslara qayıtmaq istədiklərini görərik. Bu da regionda İslami oyanışın əsas amilidir.

Onun sözlərinə görə, Qərbdən fərqli olaraq İslam təlimləri müsəlmanlara izzət və istiqlal vəd edir. İran İslam İnqilabının simasında diktatorluqla mübarizə və istiqlaliyyət istəyi bu ölkələrdə İslam təfəkkürünün oyanmasına səbəb oldu ki, insanlar ayağa qalxıb zalım hakimiyyətlərlə mübarizə aparsınlar. Əgər bu İslami oyanış dalğası bu şəkildə davam etsə, İslam ümməti üçün parlaq gələcək görmək olar. Qərb dünyası kimi onların təsiri altında olan Səudiyyə Ərəbistanı da bu durumdan əndişəlidir. Lakin müsəlman ümməti onlara qarşı qurulan hiylələri dəf edib arzularını ürəklərində qoyacaq.

Mədəniyyət Mərkəzinin rəhbəri Hüseyn Divsalar sözünün sonunda qeyd edib ki, İslami oyanış mərhələsində İslam təfəkküründən kənara çıxmamağın, azğınlığa yol verməməyin zəruriliyini də vurğulayıb. 856478

captcha