IQNA

Amerikada Quranın yandırılması məni ən kiçik həcmli Quran yazmağa sövq etdi

18:45 - September 08, 2011
Xəbər sayı: 2183665
Beynəlxalq şöbə: “Amerikalı bir keşişin Quranı təhqir edərək Allah kəlamını yandırmaq üçün mərasim təşkil etməsindən təsirlənərək yadigar qala biləcək Quran əsərləri yaratmaq qərarına gəldim.”
İqna Quran Xəbər Agentliyi (İQNA): İranın Quran üzrə məşhur incəsənət ustası və qızıl üzərində ən kiçik həcmli Quran mətnini yazan Rain Xanzadə İQNA-nın müxbiri ilə söhbətində bu barədə deyib: “Qızıl üzərinə tam Quran mətnini həkk etmək 13 aya tamamlanıb. Bu müqəddəs mətn hazırlanarkən 7,5 kq qızıl, 8991 parça almaz, qırmızı və mavi yaqut, zümrüd daşları işlənmişdir.”

O, sözünün davamında deyib: “Amerikalı bir keşişin Quranı təhqir edərək Allah kəlamını yandırmaq üçün mərasim təşkil etməsindən təsirlənərək yadigar qala biləcək Quran əsərləri yaratmaq qərarına gəldim.”

Xatırladaq ki, Quranın 114 surəsi cəmi 2 A4 vərəqi həcmində olan lövhəyə həkk olunmuşdur. 855714
captcha