IQNA

Misir Vəqflər Nazirliyi əlillər arasında Quran yarışmasının keçirilməsini qəbul etdi

16:10 - September 10, 2011
Xəbər sayı: 2184522
Beynəlxalq şöbə: Misir Din və Vəqflər Naziri Muhəmməd Abdulfuzeyl əlillər arasında Quranın hifzi üzrə 2-ci müsabiqənin keçirilməsini təsdiqləyib.
İqna Quran Xəbər Agentliyi (İQNA): Misirin “7-ci gün” xəbər agentliyindən verilən məlumata görə, Misir Din və Vəqflər Naziri Muhəmməd Abdulfuzeyl sentyabrın 8-də Misir Əbrar Təşkilatının zehni əlillər arasında hər il təşkil etdiyi Quranın hifzi üzrə yarışmanın keçirilməsinə icazə verib.
Qurani-Kərimin 30 cüzü, 7 cüzü və qısa surələrin hifzi kateqoriyaları üzrə təşkil ediləcək yarışma ölkə səviyyəsində zehni əlillər arasında təşkil olunur. Müsabiqənin şərtlərinə əsasən, yarışda əlil olmayan kimsə iştirak edə bilməz və əlillər də mütləq Misirdə olan hər hansı zehni əlillər dərnəyinə üzv olmalıdır.
Təşkilatçılar bildiriblər ki, iştirak etmək istəyənlər 22 sentyabr tarixinə qədərə yarışma üçün müraciət etməlidirlər.857259
captcha