IQNA

Regiondakı inqilabların əsas səbəbi ölkə rəhbərlərinin zülmkarlığıdır

21:17 - September 11, 2011
Xəbər sayı: 2185279
Beynəlxalq şöbə: Bəhreynin cümə xətibi son cümə gününün xütbəsində regiondakı islami oyanışa işarə edərək deyib: Regiondakı inqilabların əsas səbəbi ölkə rəhbərlərinin zülmkarlığıdır.
İqna Quran Xəbər Agentliyi (İQNA): Alwefaq.net saytının verdiyi məlumata görə, Bəhreynin cümə xətibi Ayətullah İsa Qasim pytaxtın Dəraz məntəqəsindəki cümə namazının xütbəsində deyib: “Millətlər öz istəklərindən geri çəkilməyəcək, bu, əsla mümkün deyil. Rəhbərlərinin zülmkarlığı insanları bu addımları atmağa vadar edib. Buna görə də nəyin bahasına olursa olsun, inqilab və reformaların baş verməsi labüddür. Cəmiyyəti islah etmək üçün ərəb ölkələrində insanların kütləvi aksiyalara qoşulmasını görən zalım rəhbərlər onları silahla susdurmağa məcbur olublar. Rəhbərlərin öz işlərinin öhdəsindən gələ bilməməsi , vəzifələrindən sui istifadə edərək öz mənafeləri xatirinə insanlara zülm etmələri ağıl, din və vicdanın səslədiyi həqiqətlərə qarşı çıxmaqdır. Onlar bu çağırışa qulaq assalar həm özlərinin, həm də xalqın mənafeyini təmin etmiş olarlar.”
Sözünün sonunda həbsxanalardakı məhbusların durumuna toxunaraq bildirib ki, bu məhbuslar sonunda azad olacaq və yenə də dinlərinə, vətənlərinə vəfalı qalacaq, ədalət və insafın bərqərar olması üçün çalışacaqlar. 857683
captcha