IQNA

Vəhhabilər şiəliyin əleyhinə çəkdikləri serialda tarixi sənədlər əvəzinə xülyalara əsaslanırlar

16:11 - September 12, 2011
Xəbər sayı: 2185988
Beynəlxalq şöbə: Kövsər kanalındakı “Tarixin həqiqətləri” verilişinə qonaq olan sünni ekspertlər şiəliyin əleynihə çəkilmiş “Müaviyə, Həsən və Hüseyn” serialındakı təhriflərə münasibət bildirərək deyiblər: “Vəhhabilər şiəliyin əleyhinə çəkdikləri serialda tarixi sənədlər əvəzinə xülyalara əsaslanırlar.”
İqna Quran Xəbər Agentliyi (İQNA): Kövsər telekanalından verilən məlumata görə, iştirakçılar qeyd ediblər ki, İslam tarixini təhrif etmək və həqiqətlərə göz yummaq İslamın əvvəllərindən, əməvilər və o zamanın münafiqləri tərəfindən icra olunan köhnə adətdir. O vaxtdan indiyə kimi müxtəlif dəstələr bu dağıdıcı fəaliyyətlərini davam etdiriblər. Bu gün vəhhabilər sahib olduqları maddi imkanlardan və peyk kanallarından yararlanmaqla bu yöndə iş aparırlar. Onlar guya Müaviyə, İmam Həsən (ə), İmam Hüseynin (ə) həyatından bəhs edən “Müaviyə, Həsən və Hüseyn” serialını ekranlara çıxarıblar. Bu serialda hətta zəif hesab edilən tarixi mənbələrə də yer verilməyib, bütün serial xülyalar əsasında hazırlanmışdır.
Xatırladaq ki, bu serial ramazan ayı boyunca bəzi ərəb peyk kanallarında yayımlanmağa başladı. Şübhəsiz ki, serialın yayımlanmasından məqsəd dini çaxnaşmalar yaratmaq, müsəlmanlar arasında siyasi münaqişələrə rəvac verməkdir. Buna etiraz olaraq şiə mərcəyi-təqlidləri, həmçinin Misirin Əl-Əzhər universitetinin alimləri və başqa tanınmış şəxsiyyətlər sərt təpkilər verdilər. Kövsər kanalı da bu yöndə fəaliyyət göstərərək “Tarixin həqiqətləri” verilişini açmaqla tanınmış sünni ekspertlərin iştirakı ilə həqiqətləri üzə çıxarmağa çalışır.
Serialdakı ziddiyyətləri açıqlayan ekspertlər bildiriblər ki, bir çox halda aktyorların yaşları rolları ilə uyğun gəlmir. Məsələn, Əmmar Yasir və Əmr As serialda gənc kimi göstərilir, halbuki Osmanın qətlə yetirildiyi dönəmdə onlar 80 yaşlı qoca insanlar olub. Həmçinin, Malik Əştər müharibələrin birində bir gözünü itirdiyi halda bu serialda hər iki gözü sağlam göztərilir. Müğəyrə 60 yaşlı olduğu halda burada 20 yaşlı yeniyetmə kimi təqdim olunur. Tarixi mənbələrdə xeyli kök olduğu yazılan Müaviyə isə burada arıq cavan oğlan simasında göstərilir. 858250
captcha