İqna Quran Xəbər Agentliyi (İQNA): Keçmiş Türkiyə Dəyanət İşləri Naziri Əli Bardakoğlu “Asiya ölkələri arasında din və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən konfransda çıxış edərək deyib: “Dünyanın sülhə ehtiyacı vardır. İnsanlar bir-birilərinin əqidələrinə hörmət etməklə dünyada sülh və əmin-amanlığı qorumağa çalışmalıdırlar. Əgər dünya indi formada idarə olunsa gələcək nəsillər üçün müharibələr və qantökmələrdən başqa heç nə miras qalmayacaq.”
O, həmçinin bildirib ki, bütün dinlərin məqsədi insanlara səadət bəxş etməkdir. Hər bir dinə məxsus olan insan digər dinə mənsub olanlarla sivil münasibətlər yaratmalı və qarşı tərəfin dini inancına hörmət etməlidir. Qarşı tərəfin dininin mahiyyətini anlamadan onu geri çevirmək və tanımamaq olmaz.
Dünyada dini qarşıdurmaların artdığından narahat olduğunu bildirən Bardakoğlu qeyd edib ki, Asiyadakı qədim və yeni dinlərin ardıcılları əslində millətlərarası münasibətlər zəminində çox faydalı iş görə bilərlər. 858558