İqna Quran Xəbər Agentliyi (İQNA): Aljazeera xəbər agentliyinin verdiyi məlumata görə, BMT Təhlükəsizlik Şurasında etdiyi çıxışda Səddam Hüseynin mobil kimyəvi silah laboratoriyalarına sahib olduğunu iddia edən Powell döyüşün ardından İraq liderinin kütləvi qırğın silahlarına rast gəlinməməsi səbəbiylə "dərin bir peşmanlıq" duyduğunu açıqlayıb.
O, deyib: "Mənə kəşfiyyat məlumatları o çıxışdan yalnız 4 gün əvvəl çatdırılmışdı. Mən də əlimdəki məlumatlara görə bir çıxış hazırladım. Kəşfiyyata inandım. Yalnız mən yox, rəhbərlikdəki bütün yoldaşlarımız inandılar. Ancaq daha sonradan anladıq ki, verilən məlumatlar yanlış olub. Hər şey gerçək olmayan məlumatlara söykənib. Mən heç bir şey uydurmadım, lakin yenə də dərin bir peşmanlıq duyuram." 858739