IQNA

İslami oyanışın davam etməsi inqilabi nailiyyətlərin qoruyucusudur

19:15 - September 13, 2011
Xəbər sayı: 2186821
Beynəlxalq şöbə: İslami oyanış təkcə inqilab dönəminə aid deyil, əksinə inqilabdan sonra da xüsusiyyətə malikdir. İnqilabların tam qələbəsi İslam cəmiyyətlərinin oyanışının davam etməsindədir.

İqna Quran Xəbər Agentliyi (İQNA): Dünya Əhlibeyt Cəmiyyətinin Tehranda təşkil olunan 5-ci iclasında çıxış edən İraqın keçmiş baş naziri İbrahim Cəfəri bu barədə belə deyib: İslami oyanış inqilabın bütün dönəmlərində, hətta inqilabdan sonra da inqilabın əldə etdiklərini qorumaq baxımından çox əhəmiyyətlidir.

O, bildirib ki, Əhli Beyt (ə) həmişə insanları oyanışa dəvət etmişdir. Onlar bu yolda bir çox çətinliklərə dözmüşlər. Imam Zamanın (ə.f) yolunu gözləyən şiələr İslami təlimlərə, dəyərlərə sahib olmalıdırlar. Onlar zülm etməməli və zülmə baş əyməməlidirlər. İraq həmişə şiə alimlərinin formalaşdığı bir məkan olub.

İbrahim Cəfəri sözünün sonunda iraqlı şıələrin öz bəhreynli qardaşlarından nigaran qaldıqlarını və ölkənin bütün qurumlarının Bəhreyn xalqının hüquqlarını müdafiəsinə səy göstərdiklərini deyib.859125

captcha