IQNA

İsmayıl Həniyyə Liviya Keçid Koalisiyası güclərini müvəffəqiyyət qazandıqlarına görə təbrik etdi

23:03 - September 13, 2011
Xəbər sayı: 2186883
Beynəlxalq şöbə: Fələstinin baş naziri və Həmas İslami Hərəkatının liderlərindən olan İsmayıl Həniyyə sentyabrın 11-də Liviya Keçid Koalisiyası güclərini və koalisiyanın rəhbəri Mustafa Əbdülcəlili bu uğura görə təbrik edib.

İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Mənar kanalından verilən məlumata görə, İsmayıl Həniyyə tərəfindən yayılan bəyanatda Liviya Keçid Koalisiyası güclərinin başçısı Mustafa Əbdülcəlil ilə telefon danışığında Liviya inqilabını təbrik etdiyi bildirilir.

Həniyyə həmçinin koalisiya başçısını Fələstini ziyarət etməyə də dəvət edib. Telefon söhbətində Liviyanın Fələstin müqavimətindəki böyük rolu qeyd olunmuşdur.859362


captcha