IQNA

İslam Konfransı Təşkilatı kanadalı nazirin İslam əleyhinə etdiyi çıxışı pislədi

15:16 - September 15, 2011
Xəbər sayı: 2187732
Beynəlxalq şöbə: İslam Konfransı təşkilatı dünən sentyabrın 13-də yaydığı bəyanatda Kanadanın baş naziri Stefen Harperin İslam əleyhinə etdiyi çıxışı pisləyib.
İqna Quran Xəbər Agentliyi (İQNA): OCİ xəbər agentliyinin verdiyi məlumata görə, İslam Konfransı Təşkilatı bu bəyanatla Kanadanın baş naziri Stefen Harperin CBC News-da etdiyi çıxışda İslam əleyhinə olan sözlərinə etiraz edib.

İKT istənilən terror hərəkətlərinə qarşı olduğunu, İslam dininin sülh dini olduğunu xüsusilə vurğulayıb. Bəyanatda həmçinin bildirilib ki, təşkilata üzv ölkələr terrorizmlə mübarizə istiqamətində böyük öhdəliklər götürüblər və buna qarşı Kanada kimi bir ölkənin baş nazirinin bu şəkildə çıxış etməsi insafsız və mərhəmətsiz bir addımdır. 860720


captcha