İqna Quran Xəbər Agentliyi (İQNA): Misirdə nəşr edilən “İhram” qəzetinin yazdığı xəbərə görə, Misir Nazirlər kabineti yanında Məlumat və Statistika Mərkəzinin Hüsnü Mübarəkin mühakimə olunması üçün statistik nəticəsinə əsasən, əhalinin 67%-i Mübarəkin mühakimə olunmasını istədiyi halda 13% bunun əleyhinədir. Yerdə qalan 20% isə bitərəf qalıb.
Araşdırmanın nəticəsinə görə, Mübarəkin ölkəni böhrana sürükləməsi, ölkədə qanunsuzluğu yayması kimi mövzular əsasında xalq onun mühakimə olunmasını istəyir. 860654