İqna Quran Xəbər Agentliyi (İQNA): Taylandın baş naziri Yingluk Şinavatra İslam dünyası ilə münasibətləri genişləndirmək barədə bverdiyi vədinə sadiq qalaraq bu səfərə çıxdığını deyib.
Kabinet buraxılandan sonra bu, onun ilk səfəridir. O, qeyd edib ki, Bruney kralının onun qələbəsi münasibətilə təbrikinə cavab olaraq, həmçinin əkinçilik, qida sənayesi sahəsində müzakirələr aparılması üçün bu ölkəyə səfər edib. Baş nazir ümid edir ki, bu səfərdə Taylandın müsəlman əhalisi üçün beynəlxalq münasibətlər və iqtisadiyyat sahəsində faydalı nəticələr alınacaq. 860049