IQNA

İctimai sabitliyin qorunmasında Çin İslam Dərnəyinin əhəmiyyəti

13:24 - September 18, 2011
Xəbər sayı: 2189221
Beynəlxalq şöbə: Çin Milli Komitəsinin Siyasi Məşvərət Konfransının başçısı Jia King Lin sentyabrın 16-da Çin İslam Dərnəyini ziyarət etmiş, dərnəyin ictimai sabitliyin qorunmasındakı əhəmiyyətini vurğulamışdır.
İqna Quran Xəbər Agentliyi (İQNA): CRİ xəbər agentliyinin verdiyi məlumata görə, Jia King Lin İslam Dərnəyinə getmiş, dərnəyin cəmiyyətdəki əhəmiyyətinə toxunaraq, bu dərnəyin xalqın birlik və sabitliyini qorumaqda daha çox səy etməsinin lazım olduğunu söyləyib.
O, qurumun dövlət ilə müsəlman xalqı arasında bir körpü rolunu oynadığını, buna görə də din adına cəmiyyətə zərərə verə biləcək fəaliyyətlərə maneə törədilməsi istiqamətində iş görülməsinin zəruriliyindən danışıb. 862096
captcha