IQNA

Niger, Liviyanın Qəzzafinin oğlunun geri qaytarılması istəyini rədd etdi

13:31 - September 18, 2011
Xəbər sayı: 2189233
Beynəlxalq şöbə: Niger dövləti sentyabrın 16-da yaydığı bəyanatda Qəzzafinin oğlu Saidi Qəzzafini Liviya Keçid Şurasına təslim etməyəcəyini bildirib.
İqna Quran Xəbər Agentliyi (İQNA): Afriscoop xəbər agentliyinin verdiyi məlumata görə, Nigerin Ədliyyə naziri Maru Umdu mətbuat konfransında, Liviya Keçid Şurasının Qəzzafinin oğlu Saidi Qəzzafinin geri qaytarılması tələbinə toxunaraq bu şəxsin geri qaytarıldığı təqdirdə ədalətli mühakimə olunacağının naməlum olmasını, mühakiməsiz öldürülmə ehtimalının olması kimi səbəblərdən Beynəlxalq hüquqda belə bir şəxsi geri qaytarmamaq haqqının olduğunu dilə gətirib.
Ədliyyə naziri beynəlxalq məhkəmələrin Qəzzafinin oğlu haqqında verəcəyi hökmlərə Niger hökumətinin də müsbət yanaşacağını qeyd edib. 861901
captcha