IQNA

Əl-Əzhər Şeyxi sionistlərin Əqsa məscidini dağıtma fitnələrini təsirsiz buraxmaq üçün mübarizə aparmağın əhəmiyyətini vurğuladı

13:45 - September 19, 2011
Xəbər sayı: 2189944
Beynəlxalq şöbə: Əl-Əzhər Şeyxi müsəlmanları sionist rejimin Əqsa məscidini dağıtmaq planları qarşısında lazımi şəkildə müqavimət göstərib bu yolda mübarizə aparmağa çağırıb.
İqna Quran Xəbər Agentliyi (İQNA): Misirin “Yeddinci gün” qəzetinin internet səhifəsindən verilən məlumata görə, Əl-Əzhərin Şeyxi Əhməd Teyyib bu xəbər agentliyinə verdiyi müsahibədə müsəlmanların, sionistlərin Əqsa məscidini dağıtmaq planları qarşısında bir sırada durmağın və müqavimət göstərməyin lazım olduğunu söyləyib.
O, dünyadakı bütün insanları müqəddəs dəyərlərin qorunması üçün səy etməyə çağırıb. Əqsa məscidinin imamı və Beytul Müqəddəs Ali İslam Şurasının birinci müavini Yusif C. isə yəhudilərin Əqsa məscidinə edəcəkləri yürüş mövzusunda bütün müsəlmanları xəbərdar edib. 862910
captcha