IQNA

16:08 - September 21, 2011
Xəbər sayı: 2191563
Beynəlxalq şöbə: İngiltərənin Financial Times qəzeti BMT-də Fələstinin rəsmən tanınması müqabilində Amerikanın prezidenti Barak Obamanın ziddiyyətli mövqeyindən yazıb.
İqna Quran Xəbər Agentliyi (İQNA): Misirdə nəşr edilən “Yeddinci gün” qəzetinin yazdığına görə, Financial Times qəzeti bu barədə yazıb: “Barak Obama Fələstin məsələsində ziddiyyətli mövqe tutur. Çünki ötən il BMT-dəki çıxışında Fələstin dövlətini təsdiqlədiyi halda bu il eyni tribunada bu ölkənin müstəqilliyinə etiraz edənlər sırasında yer alır.”
Qəzet bu mövqenin utandırıcı olduğunu qeyd edərək yazır: “Amerika prezidenti iddia edir ki, iki tərəf arasında sülh bərqərar olmayınca Fələstin müstəqil dövlətçiliyin izzət və kəramətini dada bilməyəcək. Obama yaxşı bilir ki, məsələyə ikili standartlarla yanaşır. Çünki bir tərəfdən Orta Şərqdə demokratiyanın qurulmasını dəstəkləyir, digər tərəfdən isə fələstinlilərin müstəqillik arzularını ürəklərində qoyur.” 863713
Ad:
E-poçt:
* Comment:
* captcha: