İqna Quran Xəbər Agentliyi (İQNA): Əlcəzirə kanalının verdiyi məlumata görə, Saleh rejiminin hərbi qüvvələri Təiz şəhərinin Hürriyyət meydanını hərbi təyyarələrlə bombalayıblar. Bu şəhərin durumu son günlərdə kritik hal alıb. Bu hücumun ardından yüzlərlə insanın xəsarət aldığı bildirilir. Hücum zamanı canını qurtarmaq üçün insanlar meydanın ətrafındakı binalara sığınmağa çalışıblar.
Bu rejim ötən günlərdə də nümayişləri dağıtmaq üçün hərbi gücdən istifadə etmişdi. Səna şəhərində milyonların qatıldığı nümayişlərdə də qarşıdurma zamanı 26 nəfərin öldüyü, onlarla insanın xəsarət aldığı bildirilir. Ölənlərin sayının artacağı da istisna olunmur.863601