IQNA

16:45 - September 21, 2011
Xəbər sayı: 2191590
Beynəlxalq şöbə: Fələstində yaşayan müxtəli xristian qruplar sentyabrın 18-də bəyanat yayaraq bildiriblər ki, Fələstinin müstəqilliyini və BMT-də rəsmən tanınmasını dəstəkləyirlər.

İqna Quran Xəbər Agentliyi (İQNA): Atlasinfo xəbər agentliyinin verdiyi məlumata görə, bəyanatda deyilir: “Katolik, ortodoks, lüter və s. xristianlar olaraq biz 1967-ci ildə təsdiqlənmiş sərhədlər əsasında, paytaxtı Qüds şəhəri olmaqla Fələstin dövlətinin rəsmən tanınmasını dəstəkləyirik.”
Qüdsün keçmiş xristian kilsəsinin keşişi mişel Səbah da Nablusda keçirilən və Fələstin siyasilərinin də yer aldığı katolik kilsəsindəki çıxışında bu işin uğurlu nəticələnməsi üçün dua edib.
Xatırladaq ki, Ərəb Liqası və dünya ölkələrinin çoxu Fələstinin müstəqilliyinə müsbət yanaşsa da, siyonist İsrail rejimi və Amerika bunun əleyhinədir. Amerika hətta müstəqillik qazanıldığı halda ölkəyə veto qoyacağını da deyib. 863522
Ad:
E-poçt:
* Comment:
* captcha: