IQNA

Luksemburq müsəlmanları təşkilatının xəbər komitəsi təşkil edildi

14:58 - October 18, 2011
Xəbər sayı: 2207368
Beynəlxalq şöbə: Luksemburq müsəlmanları şurasının üzvləri mehr ayının 24-ü ümumi iclas zamanı xəbər komitəsinin yaradılması barədə müqavilə imzaladılar.
İran Quran Xəbər Agentliyi (İQNA): «shoura» xəbər bürosunun məlumatına əsasən, Luksemburq müsəlmanları şurasının üzvləri bu ölkədə yeganə rəsmi islam partiyası olaraq bu ölkə müsəlmanlarının vəziyyətinin yaxşılaşdırılması zəminində islam partiyaları və məscidlərin İmam camaatlarından ibarət bir komitə təşkil etmək qərarına gəldilər.
Luksemburq müsəlmanları şurasının hazırlanmış müqaviləsinin 8-ci maddəsinə əsasən, bu ölkənin müxtəlif məscidlərinin nümayəndələri öz istəklərini müsəlman təşkilanın rəhbərliyindən tələb edə bilərlər.
Luksemburq müsəlmanları şurasının üzvləri mehr ayının 24-ü təqribən 8 nəfəri bu xəbər komitəsinin üzvü kimi təyin etdilər. Bu komitəyə təhvil veriləcək tələblər bu komitə üzvləri tərəfindən tədqiq edilərək, heç bir dəyişiklik edilmədən yerinə yetiriləcək.
Qeyd edilməlidir ki, Luksemburq müsəlmanları şurasının seçkiləri miladi tarixinin ilk aylarında keçirildi və müsəlman sakinlərdən həmin təşkilata üzvlər təyin edildi. 881276
captcha