IQNA

Mənəviyyatdan xəbərsiz olma, hakim rejiminin süqutunun əsas mühüm amilidir

15:03 - October 18, 2011
Xəbər sayı: 2207376
Beynəlxalq şöbə: Moskvanın şiə cəmiyyəti Azərbaycan Respublikasının etiqadlı məhbuslarına dair bəyannamə nəşr edərək bildirdi: Mənəviyyatdan xəbərsiz olma hakim rejiminin süqutunun əsas mühüm amilidir.
İran Quran Xəbər Agentliyi (İQNA): Aran müxbirlərinin məlumatına əsasən,bu bəyannamədə bir çox şiə rəhbərlərinin həbsi, hicab məsələsi, dini dəyərlərin qorunmasına toxunulub, qeyd edilib ki, məscidlərdə dini fəaliyyətlərinə görə bir çox mənəviyyatlı və etiqadlı insanlar Azərbaycan Respublikası tərəfindən həbs edilib. Moskvada yaşayan şiə müsəlman cəmiyyəti bu bəyannamədə Azərbaycanın islama qarşı çıxdığını elan edib və bu məhbusların azadlığa çıxmasını tələb edib.
Bəyannamədə deyilir ki, Azərbaycanda həmvətənlərimizə qarşı yerli hakimlər tərəfindən atılan addımlar xaricdə yaşayan azərilərin təəccüb və təəssüfünə səbəb olub.
Hal-hazırda Azərbaycan Respublikasının ərazisinin 20 % düşmən tapdağı altındadır. Yerli hakimiyyət cavanlara öz torpaqlarını müdafiə etmək və işğaldan azad etmək ruhiyyəsini aşılamaq əvəzinə təəssüflər olsun ki, məntiqsiz və dərk edilə bilməyən addımlar atır.
Bu cür addımlar Azərbaycanda yaşayan müsəlman və dindar əhalini təhqir etmək deməkdir, yerli hakim bununla öz həmvətənlərinin qəlbini incitmiş oldu. 881278
captcha