IQNA

İsveçrədə “İslamofobiya və irqçiliklə mübarizə” adlı festival keçiriləcək

11:54 - October 19, 2011
Xəbər sayı: 2207934
Beynəlxalq şöbə: “İslamofobiya və irqçiliklə mübarizə” adlı festival cari ilin aban ayının 7-də İsveçrənin paytaxtı Bren şəhərində keçiriləcək.
İran Quran Xəbər Agentliyi (İQNA): «islamophobia» xəbər bürosunun məlumatına əsasən, İsveçrənin islam təşkilatının təşəbbüsü və bu ölkənin məscid və partiyaları ilə bağlı mədəniyyət mərkəzlərinin həmkarlığı ilə keçiriləcək.
Bu milli festivalın keçirilməsinin əsas məqsədi müsəlman və qeyri-müsəlman şəhər sakinləri üçün islamofobiya məfhumunun, İsveçrədə və digər Avropa ölkələrində müsəlmanlar əleyhinə irqçilik addımlarının izah edilməsi və aydınlaşdırılmasıdır.
Bu festival Bren şəhərinin “Federal” meydanında keçiriləcək və bu festivalda müsəlman alim və ariflərdən əlavə, bir sıra İsveçrə dövlət rəsmiləri də çıxış edəcəklər.
İsveçrə dövləti bu festivalın keçirilməsi üçün rəsmi icazə almışdır və iştirakçıların təhlükəsizliyi polis qüvvələri tərəfindən təmin ediləcək. 882023
captcha