IQNA

Gürcüstanda “Mədəniyyət söhbətləri” adlı qurultay keçirildi

15:08 - October 20, 2011
Xəbər sayı: 2208461
Mədəniyyət və incəsənət şöbəsi: “Mədəniyyət söhbətləri” adlı beynəlxalq qurultayın açılışı mehr ayının 26-sı Gürcüstanın Kaxeti vilayətinin “Yakub Quqbaşuli” dövlət universitetində keçirildi və üç gün ərzində öz işini davam etdirəcək.
İran Quran Xəbər Agentliyi (İQNA): İslam mədəni əlaqələr şöbəsinin məlumatına əsasən, Tiflisdə İran mədəniyyət mərkəzinin iştirakı ilə keçirilən “Mədəniyyət söhbətləri” adlı qurultayın əsas məqsədi iki ölkə arasında müştərək mədəniyyətin və dinin inkişafı üçün universitet müəllimləri, elm nümayəndələri, həmçinin yerli rəsmilər tərəfindən mühüm addımların atılmasıdır.
Səfir Ehsan Xəzayi bu qurultayın açılış mərasimində dedi: Mədəniyyət hər bir cəmiyyətin əsasını və bünövrəsini təşkil edir, amma mədəniyyətlərin müxtəlif beynəlxalq mədəniyyətlərlə qarşılıqlı əlaqəsi onlar arasında mədəniyyətin inkişafına səbəb olar. İran mədəniyyət səfiri müxtəlif şərqşünaslıq məsələlərinə də toxundu.
Gürcüstan Quqbaşuli dövlət universitetinin rektoru Tinatin Cavaxişuli bu qurultayda iştirak etdiklərinə görə İran, Türkiyə, İtaliya və başqa ölkə nümayəndələrinə təşəkkür edərək dedi: İndiki dövrdə bəşər cəmiyyətinin mədəniyyət söhbətlərinə çox ehtiyacı var. 882936
captcha