IQNA

Fransa müsəlmanlar şurası bu ölkənin məscidlərinə hücumların artmasından nigaran olduğunu bildirdi

10:20 - December 25, 2011
Xəbər sayı: 2244582
Beynəlxalq şöbə: Fransa müsəlmanları şurası dey ayının 1-i bəyannamə nəşr etməklə irqpərəstlərin məscidlərə, islam-ibadət mərkəzlərinə hücumlarının artmasına qarşı öz etirazını bildirdi.
İran Quran Xəbər Agentliyi (İQNA): “Səfir niyuz” xəbər bürosunun məlumatına əsasən, Fransa müsəlmanları şurası bu bəyannamədə son iki aya işarə edərək bildirdi ki, islam düşmənləri bu ölkənin müxtəlif şəhərlərinə hücum ediblər, Fransanın dini-siyasi nümayəndələri bu cür addımların qarşısını almaq üçün tədbirlər görməyini tələb etdi.
Bu bəyannamənin bir hissəsində yazılmışdır: Roissy-En-Brie, Saint-Armant les Eaux, Montbéliard, Villeneuve-sur-Lot, Pau, Décines şəhərləri dekabr ayının əvvəlindən dekabrın 20-nə kimi hücuma məruz qalıblar.
Bu bəyannamənin sonunda deyilir: Fransa müsəlmanları şurası yenidən parlamentdə islama zidd addımların tədqiqat komitəsinin təşkilinin zəruriliyini bildirir və elan edir ki, bu addım şəhər sakinləri arasında birlik və sülh yaratmağa kömək edə bilər. 920795
captcha